525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Məlum olduğu kimi, qlobal inflyasiya dalğası idxal olunan məhsulların qiymətinin artmasına səbəb olur. Azərbaycan müəyyən qədər idxaldan asılı olduğundan, dünya bazarındakı qiymət artımı ölkədə də ərzaq məhsullarının qiymətinə öz təsirini göstərir”.
İqtisadçı ekspert Emin Qəribli bunu 525.az-a söyləyib. Onun dediyinə görə, ərzaq və istehlak mallarında qiymət artımı əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Belə olan halda enerji ixracından əldə edilən gəlirləri inflyasiyanın sosial təsirlərini yumşaltmağa yönəldilməlidir. Eyni zamanda qeyri-neft sektorunun inkişafını sürətləndirməklə iqtisadiyyatın idxaldan asılılığını nail olunmalıdır:
“Ölkədə kənd təsərrüfatı, turizm və sənaye kimi sahələrdə sabit artıma nail olunmalıdır. Bu da öz növbəsində qlobal qiymət dəyişikliklərindən asılılığı azaldar, həm də sosial sabitliyi qoruyar”.
Sevinc QARAYEVA
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.