Aktyor Serkay Tütüncü yeni və iddialı layihə olan “Abi” serialının heyətinə qatılıb.
Musavat.com xəbər verir ki, layihənin prodüseri Onur Güvenatamdır.
Serialda Türkiyənin ekran ulduzları Kenan İmirzalıoğlu və Afra Saraçoğlu baş rolları paylaşacaqlar. İmirzalıoğlu istedadlı və prinsipial cərrah “Doğan Hancıoğlu”, Afra Saraçoğlu isə karyerasına bağlı və güclü xarakterə sahib vəkil “Çağla Öncü” obrazlarını canlandıracaqlar.
Serkay Tütüncü ekran işində Hancıoğlu ailəsinin vəkili “Yılmaz” obrazına həyat verəcək. Onun canlandıracağı “Yılmaz” xarakterinin həm ailə daxilindəki sirlərlə, həm də hüquqi və şəxsi intriqalarla qarşı-qarşıya qalacağı bildirilir.

Könül
Musavat.com