"Real Madrid"in ulduz futbolçusu Arda Gülerlə bağlı sürpriz açıqlama verilib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyanın aparıcı aviaşirkətlərindən biri olan Qatar Airways, gənc türk futbolçu ilə şəxsi sponsorluq müqaviləsi imzaladığını rəsmən elan edib.
Məlumata görə, anlaşmaya əsasən Arda Güler bütün oyun və səfərləri üçün Qatar Airways vasitəsilə birinci dərəcəli (first class) pulsuz uçuşlardan yararlanacaq. Bundan əlavə, futbolçuya illik 33 milyon dollar məbləğində sponsorluq ödənişi veriləcək.
Şirkət həmçinin Ardanın uğurlarını və gənclər üçün ilham mənbəyi olmasını qeyd edərək, onu "Qatar Airways Dream" adlı kampaniyanın siması elan edib.
Arda ilə bu əməkdaşlıq dünya mətbuatında geniş rezonans doğurub. Qatar Airways-in prezidenti isə gənc futbolçunu "gələcəyin parlayan ulduzu" adlandıraraq onunla əməkdaşlıqdan qürur duyduqlarını bildirib.
Hüseyn
Milli.Az
Məqaləyə dair fotomateriallar: