AZ

Maştağa qəsəbəsində abadlaşdırma işlərinə başlanılıb

Bakı. Trend:

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində abadlaşdırmaişlərinə başlanılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı AbadlıqXidmətindən məlumat verilib.

Bildirilib ki, infrastruktur və kommunikasiya layihələrininmərhələlərlə həyata keçirilməsi nəzərdə tutulub. Dam örtüklərininyenilənməsi, fasadların, yolların təmiri də prosesə daxiledilib.

Vurğulanıb ki, Maştağada abadlıq yenicə başlansa da, qəsəbəninişıqlandırılması istiqamətində əhəmiyyətli işlər aparılıb. MərkəziPark tamamilə yenilənib, qəsəbənin ümumi estetik görünüşünə xələlgətirən, qanunsuz ticarət obyektləri ilə bağlı yerli icrastrukturlarının dəstəyi ilə müvafiq tədbirlər görülür.

Qeyd edilib ki, Maştağada tarixi abidələr bərpa edildikdən,geniş yenidənqurma işləri aparıldıqdan sonra qəsəbənin Balaxanı vəRamana kimi turist marşrutuna salınacağı mümkündür. Bu isə öznövbəsində məkanın canlanmasına, gələcəkdə yeni sahibkarlıqsubyektlərinin yaranmasına, xidmət və ticarət sektorunda biznesininkişafına töhfə verəcək.

Seçilən
32
az.trend.az

1Mənbələr