AZ

“Düşünürdüm ki, bu, ən asan iş olacaq” Tramp Ukraynadakı müharibədən danışıb

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasındakı müharibənin həll olunacağına əmindir. Bununla belə, o, sülhə gedən yolun nə qədər çətin olacağını az qiymətləndirdiyini etiraf edib.

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) liderlərinin şam yeməyində çıxışı edən Trampın sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi hələ həll etmədiyi yeganə münaqişədir, baxmayaraq ki, o, Putinlə yaxın münasibətləri səbəbindən bunu ən asan məsələ hesab edirdi.

"Biz səkkiz münaqişəni həll etdik. Həll olunmamış qalan yeganə münaqişə Rusiya və Ukraynadır", - deyə o bildirib.

Amerika lideri bunun mütləq həll olunacağına əminliyini qeyd edib:"Prezident (Rusiya Prezidenti Vladimir Putin) ilə yaxın ünasibətlərimə görə bunun ən asan iş olacağını düşünürdüm. Məlum oldu ki, bu o qədər də asan deyil. Amma yenə də ediləcək".

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
azpolitika.info

1Mənbələr