"Football Meets Data" bu dəfə Çempionlar Liqasını hansı klub qazana bilər? araşdırması aparıb.

Offsideplus.az xəbər verir ki, Avropanın ən böyük klub turnirində Azərbaycanın yeganə təmsilçisi "Qarabağ" da mübarizə aparır.

Maraqlıdır ki, "Qarabağ"ın da cüzi də olsa, çempionluq şansı var. 

Portal Ağdam təmsilçisinin kubok qazanmaq imkanını <0.1 faiz kimi görür.

Qeyd edək ki, bu statistikalar bugünkü tarixə və nəticələrə uyğun hesablanır.

Hazırda turnirə qazanmağa əsas favorit kimi "Arsenal" görülür. 2-ci yerdə PSJ var. Bu iki klublardan sonra "Bayern Münhen", "Mançester Siti" və "Liverpul" gəlir. Onların hər üçünün şansı eynidir.