AZ

Rusiya ordusu Ukraynada daha bir kəndi işğal edib

Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətinin Vışneve kəndini ələ keçirib.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Şərq” qüvvələr qrupunun bölmələrinin fəal hərəkətləri nəticəsində kənd nəzarətə götürülüb.

Qeyd olunub ki, Rusiya ordusu həmçinin Dnepropetrovsk vilayətinin Velykomıxaylovka və Novooleksandrivka kəndləri ərazilərində, eləcə də Zaporojjye vilayətinin Novoye, Uspenovka və Yablokovo ərazilərində düşmənin müdafiəsinə dərindən irəliləməyə nail olublar.

Daşqın HəsənovMissiya.Az

Seçilən
24
missiya.az

1Mənbələr