Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Füzuli rayonunda toy məclisində dava düşüb, 54 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin iyulun 6-da rayonun Bala Bəhmənli kəndi ərazisi, “4 yol” adlanan yerdə yerləşən “Nur” şadlıq sarayında baş verib. Füzuli rayonunun Ələsgərli kənd sakini Tiflis həmin gün saat 21 radələrində şadlıq sarayında keçirilən toy mərasimində iştirak edən zaman onunla eyni kəndə yaşayan Azər onunla danışarkən səs tonunun xoşuna gəlməməsini bəhanə gətirib. O, şadlıq sarayının foesində səs-küy salaraq Azərlə mübahisə edib. Mübahisə zamanı qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verib, zərərçəkmiş şəxs sağ gözaltı nahiyəsinə yumruqla bir dəfə zərbə vurub.Hadisəni törədən Tiflisin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, özü müharibə iştirakçısıdır və qazıdır: “2024-cü ilin iyulun 6-da, saat 18 radələrində Tərlan adlı şəxsin azyaşlı uşağının kiçik toy mərasimində iştirak etmək üçün həmin toy mərasiminin keçirildiyi “Nur” şadlıq sarayına getdim. Həmin vaxt toyda bir müddət oturaraq yemək yedikdən sonra Əvəz adlı şəxs əyləşdiyimiz masaya gəldi, əvəzimdən toya pul yazdıracağını dedi. Mən ilk öncə razılıq vermədim. Daha sonra onunla razılaşdım. Təxminən saat 21 radələrində əvəzimdən toya pul yazdırıb-yazdırmadığını soruşmaq üçün Əvəzin əyləşdiyi masaya yaxınlaşdım. Həmin vaxt Əvəz orada olmadığı üçün onun harada olduğunu soruşdum. Bu vaxt Azər məndən Əvəzi hansı səbəbdən axtardığımı soruşdu. Azərin sərxoş olduğunu hiss edərək kənarlaşdım. Lakin Azər ardımca gələrək təkidlə Əvəzi nəyə görə axtardığıçı soruşduğu üçün əsəbləşdim. Azərlə birlikdə şadlıq sarayının foesinə çıxdıq. Həmin vaxt Azərlə aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbləşərək yumruqla onun sağ gözaltı nahiyəsinə bir zərbə endirdim. Daha sonra Azərin üzərimə gəlmək istədiyini gördüm. Əlim ilə onun boyun nahiyəsindən tutaraq şadlıq sarayının divarına söykədim. Əlimi boğazından buraxdıqda isə Azər yerə yıxıldı. Həmin vaxt kənar şəxslər məni sakitləşdirdi və Azəri oradan getdi. Mən də bundan sonra evə getdim”.Bu cinayət işinə Füzuli Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il 5 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi qadağan olunub. Bu müddətdə onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyuub.
Habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri tapşırılıb. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib. Qeyd edək ki, təqsirləndirilən şəxs bundan əvvəl də məhkum olunub. O, 2024-cü ilə Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə mühakimə edilib və 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.