AZ

Asiya İnkişaf Bankı Azərbaycanda bərpa olunan enerjinin inkişafını aktiv şəkildə dəstəkləyir

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda bərpa olunan enerjinin vəenerji səmərəliliyinin inkişafını aktiv şəkildə dəstəkləyir.

Trend xəbər verirki, bunu AİB-in Azərbaycan üzrə direktoru Sunniya Durrani-CamalBakıda keçirilən 13-cü Beynəlxalq Xəzər Enerji Forumunda çıxışındadeyib.

O qeyd edib ki, bank hidrogen də daxil olmaqla yenitexnologiyalar, enerji istehsalı və şəbəkə infrastrukturusahələrinə investisiya qoyur və “yaşıl” istiqrazlar və zəmanətlərvasitəsilə özəl kapitalı cəlb edir.

Sunniya Durrani-Camal bildirib ki, AİB 25 ildən artıq fəaliyyətiərzində Azərbaycana təxminən 5,5 milyard dollar investisiya qoyub,bunun təxminən 4,4 milyardı dövlət sektoruna, təxminən 1,2 milyardıisə özəl sektora yönəldilib. Hazırkı investisiya portfelində xüsusidiqqət bərpa olunan enerji sahəsinə o cümlədən su, günəş və küləkenerjisi, həmçinin geotermal enerji və hidrogen kimi perspektivliistiqamətlərə yönəlib.

Durrani-Camal vurğulayıb ki, investorlar üçün əsas amillərsiyasət və tənzimləyici mühitdir və Azərbaycan bu sahədə şəffafhədəflər nümayiş etdirməkdədir: Söhbət 2050-ci ilə qədər sıfıremissiya və bərpa olunan mənbələrdən enerji istehsalının 30 faizinitəmin etməkdən gedir.

“Uğurlu enerji transformasiyası üçün yalnız istehsalı inkişafetdirmək kifayət deyil, həm də dayanıqlı enerji ötürücü və saxlamaşəbəkələri yaratmaq, müxtəlif sahələrdə enerji səmərəliliyiniartırmaq vacibdir”, - deyə bank direktoru qeyd edib.

O əlavə edib ki, bank “yaşıl” istiqrazlar və digər maliyyəalətləri vasitəsilə özəl kapitalın cəlb olunması üzərində fəalişləyir, həmçinin karbon qiymət mexanizmlərinin inkişafına vərisklərin azaldılmasına o cümlədən zəmanətlər, sığorta məhsullarıvə layihə infrastrukturu təminatına dəstək göstərir.

Məqalədə:
Seçilən
35
1
az.trend.az

2Mənbələr