AZ

Orduya əmr verdi: Ölkəmizə uzanan hər kəsin əli kəsiləcək

BAKI, 29 oktyabr. TELEQRAF

“HƏMAS liderlərinin heç biri toxunulmaz olmayacaq, bu, kostyumlularla yanaşı, tunellərdə gizlənənlərə də aiddir”.

Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.

“Dünəndən bəri əsgərlərimizə hücum və HƏMAS-ın girovların cəsədlərinin qaytarılması barədə razılaşmanı açıq şəkildə pozmasına cavab olaraq, ordumuzun həyata keçirdiyi intensiv hava hücumlarında onlarla HƏMAS lideri məhv edilib”, - o bildirib.

Katsın sözlərinə görə, əməliyyatlar zamanı onlarla terror obyekti hədəfə alınıb.

“İsrail ordusunun əsgərlərinə əl qaldıran hər kəsin əli kəsiləcək. Razılaşmaları pozan və ya İsrail qüvvələrinə hücum edən hər kəs bunun bədəlini ağır şəkildə ödəyəcək”, - İsrail müdafiə naziri xəbərdarlıq edib.

Kats həmçinin qeyd edib ki, orduya HƏMAS-a məxsus hər bir hədəfi sərt şəkildə vurmaq göstərişi verilib və bu tədbirin gələcəkdə də davam edəcəyini söyləyib.

İsrail ordusu oktyabrın 28-də axşam saatlarından etibarən Qəzza zolağının müxtəlif yerlərinə güclü hava zərbələri endirib. Bu zərbələr nəticəsində 100-dən çox insan həlak olub. İsrail tərəfi bundan öncə HƏMAS-ı atəşkəs razılaşmasını pozmaqda ittiham edib.

Oktyabrın 29-da səhər saatlarında İsrail ordusu reydlərdən sonra Qəzza zolağında atəşkəs rejiminə qayıtdığını açıqlayıb.

Seçilən
39
teleqraf.com

1Mənbələr