
Türkiyədə avtomobil qəzasında yaralanan azərbaycanlı tələbə Möhlət Bəhlulzadə xəstəxanada vəfat edib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, qəza oktyabrın 11-i Alanya şəhərinin Cikcilli məhəlləsində baş verib.
Belə ki, 62 yaşlı Süleyman T.-nin idarə etdiyi taksi avtomobili Alanya Alaaddin Keykubat Universitetinin tələbəsi, 27 yaşlı Möhlət Bəhlulzadənin idarə etdiyi kvadrasiklə arxadan çırpılıb.
Hadisə nəticəsində ağır yaralanan M. Bəhlulzadə təcili yardım briqadası tərəfindən Alanya şəhər Xəstəxanasına çatdırılıb.
Reanimasiya şöbəsində müalicə alan M. Bəhlulzadə həkimlərin bütün müdaxilələrinə baxmayaraq, 15 gün sonra oktyabrın 26-da vəfat edib.