AZ

AZAL-ın bu il Gürcüstana daşıdığı sərnişinlərin sayı məlum olub

Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana 358 291 nəfər sərnişin daşıyıb.

Bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyindən bildirilib.

Hesabat dövründə AZAL-ın Gürcüstanın aviasiya bazarındakı payı 6% təşkil edib.

Azərbaycanın milli aviadaşıyıcısı bu ilin ilk 9 ayında Gürcüstana ən çox sərnişin daşıyan şirkətlərin ilk onluğunda VI yeri tutub. İlk üçlükdə “Wizz Air” (1 065 618 nəfər), “Gürcüstan Hava Yolları” (509 238 nəfər) və “Turkish Airlines” (458 370 nəfər) şirkətləri yer alıb.

Qeyd edək ki, ötən il AZAL-la Gürcüstana daşınmış sərnişinlərin sayı 412 980 olub.

İş elanları AzVak.az-da

© APA

Seçilən
25
6
marja.az

7Mənbələr