AZ

"Survivor 2026": Məşhur müğənni Dominikaya gedir - FOTO

"Survivor 2026"nın aktyor heyəti tədricən formalaşmağa başlayır. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acun Ilıcalı "Survivor Celebrities-All Star" heyətinə əlavə edilən üçüncü adı açıqlayıb.

Müğənnilər Bayhan Gürhan və Keremcemin ardınca Acun Ilıcalı sosial şəbəkədəki paylaşımında Dilan Çıtakın müsabiqəyə qatıldığını açıqlayıb. Ilıcalı paylaşımında bu sözləri yazıb: "Hörmətli Dilan Çıtak "Survivor 2026 Celebrities-All Star" heyətinə qatıldı. Ona ürəkdən uğurlar arzulayıram".

"Survivor 2026"da tər tökəcək İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak yarışmanın diqqət çəkən adlarından biri olmağa namizəddir.

Dominikan Respublikasında çəkiləcək Survivorda yarışacaq digər adlar sırası ilə Bayhan və Keremcem olub.

Müəllif: Ceyhun Rasimoğlu
Seçilən
31
1
sia.az

2Mənbələr