NATO Rumıniyadakı ABŞ qüvvələrinin azaldılmasını qeyri-adi hal hesab etmir.
“İki sahil” xəbər verir ki, "Reuters" bu barədə alyansın qərargahına istinadla məlumat yayıb.
NATO qərargahı qeyd edib ki, ABŞ-ın Avropadakı hərbi mövcudluğu əvvəlki bir çox illərlə müqayisədə daha əhəmiyyətli olaraq qalır.
Alyansın sözçüsü əlavə edib ki, ABŞ NATO-ya bəzi qüvvələrin Rumıniyadan çıxarılması barədə əvvəlcədən məlumat verib.
Bir müddət əvvəl Rumıniya Müdafiə Nazirliyi Vaşinqtonun Buxarestə NATO-nun şərq cinahında yerləşdirilən bəzi ABŞ qoşunlarının azaldılması barədə məlumat verdiyini bildirib.