AZ

"İnter" adam öldürən qapıçısı üçün psixoloq tutdu

BAKI, 29 oktyabr. TELEQRAF

“İnter” klubu əlil arabasında olan yaşlı kişini avtomobillə vuraraq ölümünə səbəb olan qapıçısı Xosep Martines üçün şəxsi psixoloq tutub.

Teleqraf “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, hadisədən sonra böyük sarsıntı keçirən 27 yaşlı qolkiperə bir həftəlik istirahət verilib.

Hüquq-mühafizə orqanları baş verən qəzanın bütün təfərrüatlarını araşdırır.

Qeyd edək ki, Xosep Martines 2024-cü ildə “Kenoa”dan “İnter”ə transfer olunub və indiyədək 12 oyun keçirib.

Seçilən
21
teleqraf.com

1Mənbələr