AZ

Ukrayna kəşfiyyatı hərbi cinayətlərdə ittiham etdiyi Rusiya OMON-un zabitini zərərsizləşdirib

Ukraynanın hərbi cinayətlərdə ittiham etdiyi Venyamin Mazjerin Kemerovo vilayətində avtomobil partlayışı nəticəsində ölüb.

APA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Kəşfiyyatı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, polis polkovnik-leytenantı Mazjerin Kemerovo vilayətinin Rosqvardiya tabeçiliyindəki OMON “Obereq” xüsusi təyinatlı bölməsində xidmət edib.

Bildirilib ki, “Obereq” bölməsi Kiyev vilayətində törədilən hərbi cinayətlərdə iştirak edən Rosqvardiyanın bölmələrindən biridir.

Hərbi Kəşfiyyatının məlumatında o da bildirilir ki, Ukrayna xüsusi xidmətləri “Obereq”dən olan hərbi cinayətkarların şəxsiyyətini 2022-ci ilin aprel ayında müəyyən edib və həmin şəxslərin ədalətli şəkildə cəzalandırılması üçün tədbirlər planlaşdırıb”.

Seçilən
39
3
apa.az

4Mənbələr