AZ

Rəsmi İrəvan Ermənistan-Azərbaycan sülh prosesinin indiki tempini pis hesab etmir

İrəvanla Bakı arasında bütün istiqamətlər üzrə intensiv danışıqlar gedir.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Aparat rəhbəri Araik Arutyunyan bildirib.

“Məsələn, Mqer Qriqoryan (Baş nazirin müavini) demarkasiya gündəliyi, XİN öz gündəliyi üzərində işləyir, Təhlükəsizlik Şurası, Armen Qriqoryan öz həmkarı ilə işləyir”, - o deyib.

Onun sözlərinə görə, nəticələr olduqca, bu barədə danışılacaq.

“Ermənistan-Azərbaycan prosesində, münasibətlərdə mövcud olan temp pis deyil. Məsələn, Ermənistan yüklərinin Azərbaycan tərəfindən daşınmasına qoyulan məhdudiyyətin götürülməsi kimi”, - Arutyunyan ikitərəfli təmaslarda həmişə sülh sazişinin imzalanması məsələsinin olduğunu vurğulayıb.

Seçilən
29
5
apa.az

6Mənbələr