Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə hazırlaşır. Ermənistan hökumətinin ictimaiyyətlə əlaqələr idarəsinin məlumatına görə, Fransa səfəri 29-30 oktyabr tarixlərinə planlaşdırılıb.
Səfər çərçivəsində Paşinyan VIII Paris Sülh Konfransında iştirak edəcək. Oktyabrın 30-da, Yelisey sarayında Paşinyanın Fransa Prezidenti Emmanuel Makronla görüşü olacaq.
Hürr Tərcüman
 
                        