Dünyaca məşhur aktyor Kris Evans ata olub. İlk dəfə valideynlik sevinci yaşayan məşhur cütlüyün körpəsinin cinsi və adı bəlli olub.
Sherg.az “ntv.com.tr”yə istinadən xəbər verir ki, uzun müddətdir diqqətdən kənarda qalan və “Kapitan Amerika” obrazı ilə tanınan Kris Evans 2023-cü ildə özü kimi aktyor olan Alba Baptista ilə ailə qurub.
Şəxsi həyatını gizli saxlamağa üstünlük verən məşhur aktyorun bir neçə ay əvvəl ata olacağı məlum olmuşdu. Məşhur cütlükdən sevindirici xəbər gəlib. Kris Evans və həyat yoldaşı Alba Baptista, 24 oktyabr cümə günü Massaçusets ştatında körpələrinə qovuşublar. İlk dəfə valideynlik hissini yaşayan cütlüyün bir qız övladı dünyaya gəlib.
Kris Evans və Alba Baptista qızlarına Alma Qreys (Alma Grace) adını veriblər.
44 yaşlı aktyor illər əvvəl verdiyi bir müsahibədə ən böyük arzusunun ailə qurmaq və ata olmaq olduğunu bildirmişdi. Qızının dünyaya gəlməsi ilə Evans həyatında yeni və mühüm bir mərhələyə qədəm qoyub.