AZ

Siyəzəndə avtomaşın beton arakəsməyə dəydi

Bakı-Quba yolunun 101-ci km-də yolun Siyəzən rayonundan keçən hissəsində “Mercedes” markalı avtomaşın qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, qəzaya səbəb avtomaşının təkərinin partlaması nəticəsində beton arakəsməyə dəyməsi olub.

Nəticədə avtomaşına xeyli ziyan dəyib.

Xəsarət alanların olub-olmaması açıqlanmır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
23
1
bizim.media

2Mənbələr