AZ

Azərbaycan banklarının əməliyyat mənfəəti aylıq 104 milyon manatdan çox artıb

2025-ci ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların əməliyyat mənfəəti 1 milyard 373,2 milyon manat təşkil edib.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 104,5 milyon manat, yəni 8,2% artım deməkdir.

Xatırladaq ki, bankların əməliyyat mənfəəti 2024-cü ilin oktyabrın 1-nə 1 milyard 268,7 milyon manat təşkil etmişdir.

Seçilən
29
fed.az

1Mənbələr