Qəzza zolağında təxminən 15 min sakin tibbi səbəblərə görə təxliyəyə ehtiyac duyur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, təxminən 700 pasiyent isə anklavdan kənarda müalicə almaq imkanını gözləyərkən həyatını itirib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus da məlumat verib: “Qəzzadan pasiyentləri qəbul edən ÜST üzv ölkələrinə təşəkkürümü bildirirəm və daha çox pasiyent qəbul etmələrini xahiş edirəm. Təxminən 15 min pasiyent, o cümlədən 4 min uşaq, Qəzza zolağından kənarda müalicəyə ehtiyac duyur. 700-dən çox insan isə tibbi təxliyəni gözləyərkən dünyasını dəyişib”.