AZ

Belqorod ərazisinə dron hücumu zamanı ölən və yaralananlar olub

Ukrayna sərhədi yaxınlığında yerləşən Şebekino şəhərində pilotsuz uçuş aparatlarının yerli müəssisəyə hücumu nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün “Telegram” kanalında məlumat verib.

Qubernatorun sözlərinə görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Seçilən
14
3
apa.az

4Mənbələr