AZ

Ceyhun Bayramov OmandaDövlət Şurasının sədri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfəri çərçivəsində Oman Sultanlığında Dövlət Şurasının sədri Şeyx Əbdülməlik Əl-Xəlili ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Oman arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin davamlı inkişafı vurğulanıb, iqtisadiyyat, ticarət, enerji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər regionda nəqliyyat və tranzit əlaqələrinin gücləndirilməsi baxımından nəqliyyat dəhlizlərinin inkişafının əhəmiyyətini qeyd edib, həmçinin siyasi məsləhətləşmələrin ikitərəfli əməkdaşlığın irəlilədilməsində rolunu vurğulayıblar.

Nazir Ceyhun Bayramov bildirib ki, Azərbaycanın 2026-cı ildə İƏT Zirvə Toplantısına və 13-cü Dünya Şəhər Forumuna ev sahibliyi etməsi dialoqun, həmrəyliyin və dayanıqlı inkişafın təşviqində yeni imkanlar açacaq.

Seçilən
14
teleqraf.com

1Mənbələr