AZ

Azərbaycan cüdoçuları BƏƏ də beynəlxalq turnirə qatılacaqlar

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qahirə, 29 oktyabr, AZƏRTAC

Noyabrın 1-dən 2-dək BƏƏ-nin Xurfaqan şəhərində müxtəlif yaş qruplarından qadınlar və kişilər arasında beynəlxalq cüdo turniri keçiriləcək.

AZƏRTAC BƏƏ-nin “əl-İttihad” qəzetinə istinadla xəbər verir ki, turnirdə 27 dövləti təmsil edən 320 idmançının yarışacağı gözlənilir. Azərbaycan iştirakçı ölkələr arasında yer alır. Bundan başqa, beynəlxalq idman yarışında Bəhreyn, Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Misir, İordaniya, Mərakeş, İraq, Suriya, Fələstin, Qəmər adaları, İran, Özbəkistan, Tacikistan, Türkmənistan, Rusiya, Qazaxıstan, Braziliya, Hindistan, Fransa, Almaniya, İtaliya, Belçika, Birləşmiş Krallıq və Kolumbiya idmançıları da təmsil olunacaq.

Beynəlxalq turnirdə qadınlar arasında yarışlarda 15 yaşadək 45 idmançı, 18 yaşadək isə 25 idmançı iştirak edəcək. Kişilər arasında 15 yaşadək 14 idmançı və 21 yaşadək 110 idmançı yarışacaq.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
3
azertag.az

4Mənbələr