Livanın cənubunda Kana bölgəsində Hizbullahın logistik təminatından məsul olan Hüseyn Əli Tohmeh məhv edilib.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Livan mənbələrinin məlumatına görə, o, oktyabrın 14-də İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində yaralanıb və dünən gecə aldığı xəsarətlərdən ölüb.