Bakı.Trend:
Nəsimi rayonunda sərxoş vəziyyətdə avtomobil idarə edən və qəzatörədən sürücü həbs olunub.
Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Nəsimi RPİ Dövlət Yol Polisi Şöbəsininəməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədiilə profilaktik tədbirlər davam etdirilir. Sonuncu tədbir zamanırayon ərazisində “Changan” markalı nəqliyyat vasitəsini idarə edənsürücü Tayfun Fərəcov ictimai asayişi pozaraq digər hərəkətiştirakçılarının həyatına təhlükə yaratdığına, polisin qanunitələbinə əməl etmədiyinə, eləcə də avtomobili C.Hacıbəyli vəM.Mirqasımov küçələrinin kəsişməsində yerləşən işıqfora vuraraq onuyararsız vəziyyətə saldığına görə saxlanılıb.
Qeyd edilib ki, T.Fərəcovun spirtli içkidən istifadə etdiyinədair şübhələr yarandığından o, tibbi müayinəyə aparılıb. Müayinəzamanı onun spirtli içkinin təsiri altında olduğu müəyyən edilib.Sürücü barəsində inzibati protokol tərtib edilərək qərar verilməsiüçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı iləT.Fərəvoc 2 ay müddətinə inzibati qaydada həbs olunub.
 
                        