AZ

İnsultun simptomlarına nələr daxildir?

"İnsultun əlamətləri beyində hansı damar hövzəsində qan dövranı pozulmasından asılı olaraq fərqli ola bilər. Vacib məqam ondan ibarətdir ki, bu əlamətlər adətən qəfildən yaranır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin İnsult xidməti layihəsinin rəhbəri, nevroloq Pərvin Allahyarova bildirdi.

Nevroloqun sözlərinə görə, ən çox rast gəlinən simptomlara bunlardır:

"Bədənin bir tərəfində - qolda, ayaqda və ya üzdə keylik və ya zəiflik hissi, görmənin pisləşməsi və ya bir və ya hər iki gözdə görmə itkisi, müvazinət pozğunluğu, baş gicəllənməsi, danışığın pozulması, sözləri düzgün tələffüz edə bilməmək və ya qarşıdakı insanı anlamada çətinlik, üzün asimmetriyası, üzün bir tərəfinin düşməsi və ya gülümsəmədə qeyri-bərabərlik - bu əlamətlərdən hər hansı biri qəfil meydana çıxarsa, dərhal təcili tibbi yardım çağırmaq son dərəcə vacibdir".

Nuriyyə NATİQQIZI

Seçilən
27
1
redaktor.az

2Mənbələr