AZ

Valideynlərin nəzərinə: Bu virus uşaqlar arasında sürətlə yayılır

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Nəzərə alsaq ki, hazırda payız mövsümüdür, bu dövrdə havadan keçən infeksiyaların, o cümlədən respirator, yəni tənəffüs yollarını zədələyən virusların artışı müşahidə olunur. Buna görə birinci növbədə uşaqların profilaktik peyvəndlərini qəbul etməsi vacibdir".Bunu Demokrat.az-a açıqlamasında tibb eksperti Şahvələd Məmmədov deyib.O, bildirib ki, bəzi valideynlər hələ də uşaqlarını profilaktik peyvəndlərdən yayındırırlar:"Bu, çox yanlış yanaşmadır. Peyvəndlər dövlətin nəzarəti altında, xüsusi şəraitdə, soyuducu sistemlərdə saxlanılaraq, analiz olunmuş və təsdiqlənmiş formada poliklinikalara, ambulatoriyalara və xəstəxanalara verilir. Buna görə valideynlərin peyvəndlə bağlı narahatlıqları əsassızdır".Mütəxəssis bildirib ki, son vaxtlar azyaşlılar, xüsusilə 1–5 yaş arası uşaqlar arasında respirator infeksiyalarla yanaşı, koksaki virusu da yayılıb:"Bu virus səpki və qaşıntı ilə müşahidə olunur, daha çox əllərin ovuc hissəsində səpkilər yaranır. Bəzən valideynlər bunu allergiya ilə səhv salır və yanlış müalicə tətbiq edirlər. Halbuki bu, virus mənşəlidir və həkimə müraciət olunmalıdır".Onun sözlərinə görə, koksaki virusunun spesifik müalicəsi yoxdur:"Adətən 3–5 gün ərzində öz gedişini tamamlayır. Lakin yoluxuculuq qabiliyyəti yüksək olduğuna görə, uşaq bağçaları və məktəbəqədər müəssisələrdə diqqətli olmaq, yoluxmuş uşaqları izolyasiya etmək və həkim nəzarətinə almaq vacibdir".Ekspert qeyd edib ki, bundan başqa, qusma, ishal və digər virus mənşəli infeksiyalar da uşaqlar arasında artıb:"Bu hallar adətən profilaktik peyvəndləri vaxtında alan uşaqlarda daha yüngül keçir. Ən çox qrip və paragrip viruslarına yoluxan uşaqlarda 3–5 gün ərzində pnevmoniya riski yarana bilər. Bu təhlükənin qarşısını almaq üçün həm uşaqlar, həm də xroniki xəstəliyi olan yaşlı şəxslər dövlət proqramına uyğun şəkildə pnevmoniya əleyhinə peyvəndlərini vurdurmalıdırlar".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
demokrat.az

1Mənbələr