AZ

Banklar heç zaman bu yolla pul köçürmür AÇIQLAMA

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"İnternetdə tez-tez belə hallarla rastlaşırıq. Bir nəfər tanış olduğu xanıma link atır ki, “film bileti almışam, buradan bax”. Linkin adı tanış gəlsə də, bir az fərqli yazılır. İnsan diqqət etmədən həmin linkə daxil olur və oradan alış-veriş etməyə çalışır. Amma bu, saxta (fişinq) saytdır. Belə hallarda çox diqqətli olmaq lazımdır".Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Natiq Məmişov deyib. O bildirib ki, fırıldaqçılar bankın adından saxta reklam profili yaradırlar:"Reklamda formu doldurduqları halda insanların kartına pul köçürüləcəyi qeyd edilir. Bu cür cümlələr  "vurucu" sözlər adlanır. Siz linkə daxil olan kimi sistem sizdən kart məlumatlarını istəyir. Həmin məlumatları daxil etdiyiniz anda isə, pul kartınızdan çıxarılır".Ekspert deyib ki, əsas məsələ budur ki, bank heç vaxt "Instagram" və ya digər sosial şəbəkələr vasitəsilə kartınıza pul köçürmür:"Belə əməliyyatlar yalnız rəsmi kanallar, bankın mobil tətbiqi, SMS xidməti və ya filial vasitəsilə həyata keçirilə bilər. Buna görə də, belə linklərə klikləməmək, kart məlumatlarını və SMS kodlarını heç kimlə paylaşmamaq vacibdir. Əgər təsadüfən məlumat vermisinizsə, dərhal bankla əlaqə saxlayıb kartı bloklatmaq lazımdır. Həmçinin, həmin saxta reklamı “report” etmək də çox önəmlidir".Qeyd edək ki, son günlərdə "Instagram", "Facebook" və digər sosial şəbəkələr üzərindən saxta bank reklamları vasitəsilə minlərlə manat pul mənimsənilib.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
demokrat.az

1Mənbələr