AZ

Vətəndaşa süni borc yazılıb? Dövlət Su Ehtiyatları Agentliyindən AÇIQLAMA

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Bakı şəhər sakini Həziyeva Əvsanə tərəfindən redaksiyamıza ünvanlanan müraciətdə şikayətçi Xəzər Rayon Sukanal İdarəsinin nəzarətçisi tərəfindən aldadıldığını iddia edir. Vətəndaş deyir ki, qurumun işçisi onları süni borcla yükləyib və həqiqətə uyğun olmayan yüksək məbləğdə su haqqı tələb edir:“Xəzər Rayon Sukanal İdarəsinin nəzarətçisi Heybətov Elnur bizi aldadıb. Əlimdə iddialarımı təsdiqləyən sübutlar mövcuddur. Məsələnin araşdırılmasını, hüquqlarının qorunmasını tələb istəyirəm. Bizdən su sayğacının 3 il ərzində göstəricisi sistemdə az göstərilərək, həqiqətə uyğun olmayan yüksək məbləğdə pul alınıb. Nəticədə 1011 manat su borcu yaranıb”. İddialarla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, bu ittihamlar olduqca ciddi məsələdir:“Dəfələrlə vətəndaşlara deyirik, media nümayəndələrinə bildiririk, öz sosial hesablarımızda paylaşımlar edirik ki, heç bir halda heç bir nəzarətçiyə əldən pul verməyin. Hər bir abonentin abonent kodu mövcuddur. Ödəniş də yalnız abonent kodu vasitəsilə edilməlidir. Nəzarətçi yalnız sayğacı oxuyaraq bildirişi qapıya qoymaq vəzifəsi daşıyır. Bəlkə elə sabah kimsə nəzarətçi adı ilə gələcək pul alacaq. Belə hallar baş verməsin deyə birmənalı şəkildə nəzarətçiyə pul vermək olmaz. Şikayət araşdırılacaq və məktubda qeyd olunan əməkdaş həqiqətən də Xəzər rayonu Sukanal İdarəsində işləyirsə, onun barəsində ölçü götürüləcək”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
demokrat.az

1Mənbələr