AZ

“Qarabağ”ın hücumçusu növbəti oyunda da olmayacaq

Idmanxeber.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Qarabağ”ın hücumçusu Musa Qurbanlının zədəsi davam edir.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu qarşıdakı oyunu da buraxacaq. O, dizindəki ağrı səbəbindən bir müddətdir yaşıl meydanlardan kənar qalıb.

Ağdam təmsilçisinin Premyer Liqanın X turunda qarşlaşacağı “İmişli” matçında Qurbanlı forma geyinə bilməyəcək.

Onun Çempionlar Liqası Liqa mərhələsinin IV turunda “Çelsi”yə qarşı oyunayıb-oynamayacağı bəlli deyil.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
idmanxeber.az

2Mənbələr