AZ

Litva Daxili İşlər Nazirliyi Belarusla sərhədin bir ay müddətinə bağlanmasını təklif edib

Litva

Litvanın Daxili İşlər Nazirliyi Belarusla sərhədin bir ay müddətinə bağlanması ilə bağlı Nazirlər Kabinetinə təklif təqdim edib.

Xalqcebhesi.az xəbər verir ki, bunu departamentin rəhbəri Vladislav Kondratoviç Nazirlər Kabinetinin bu məsələyə baxılacaq iclası öncəsi jurnalistlərə açıqlamasında deyib.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, bir ay ərzində mövcud vəziyyəti qoruyub saxlayaq.

Oktyabrın 26-da Litva Belarusla sərhəddə mövcud olan iki nəzarət-buraxılış məntəqəsini bağlayıb. Onlar hələ də sərhəd idarəsinin qısamüddətli qərarı ilə bağlanıb. Daha uzun müddətə bağlanması üçün Nazirlər Kabinetinin razılığı tələb olunur.

Məryəm Quliyeva

Seçilən
2
xalqcebhesi.az

1Mənbələr