ABŞ prezidenti Donald Tramp Vaşinqton və Seul arasında ticarət məsələləri üzrə razılığa gəliblər.
Busaat.az xəbər verir ki, Ağ Ev rəhbəri qeyd edib ki, söhbət konstruktiv və məzmunlu olub.
Ticarət razılaşmasından əlavə, milli təhlükəsizlik məsələləri də müzakirə edilib. O, əlavə təfərrüatları açıqlamayıb.
Aprel ayında ABŞ prezidenti Cənubi Koreyadan gətirilən mallara 25% rüsum tətbiq ediləcəyini açıqlamışdı. Danışıqlar zamanı bu tariflər 10%-ə endirilib. Tramp Seul ilə razılaşmanın yekunlaşmaq üzrə olduğunu qeyd edərək, tərəflərin əhəmiyyətli irəliləyiş əldə etdiyini bildirib.
Yeganə