AZ

“Dövlət satınalmaları sahəsində maariflənməyə böyük ehtiyac var” - İqtisadçı ekspert

Bu gün Bakı KOB EVİNDƏ İqtisadi və Sosial Araşdırmalar Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlət satınalmalarının təşkili və idarə olunması” mövzusunda yekun seminar-müzakirə zamanı çıxış edən iqtisadçı ekspert Etibar Qasımov qeyd edib ki, bu sahədə maarifləndirməyə ciddi ehtiyac var:

“Müşahidə etdik ki, dövlət satınalmaları sahəsində bilik və məlumat azlığı mövcuddur. Bu səbəbdən diqqəti bu istiqamətə yönəltmək vacibdir. Yalnız Bakı deyil, bölgələrdə fəaliyyət göstərən qurumlar arasında da bu barədə məlumat çatışmazlığı hiss olunur. Prosedurlar izah edildikcə və ətraflı məlumat verildikcə, mövzuya böyük maraq yaranır.”

Qeyd edək ki, tədbir QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə, həmçinin Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilib.

 

 

Pərvanə Fərhadqızı

Seçilən
11
qht.az

1Mənbələr