Bakı. Trend:
Bu ilin oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4,893milyard ABŞ dolları təşkil edib.
Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci il üzrə proqnozlaşdırılanÜDM-in 6,4 faizini təşkil dib. 2025-ci ilin 01 yanvar tarixi iləmüqayisədə xarici dövlət borcu 236,6 milyon ABŞ dolları məbləğindəazalıb.
Cari ilin oktyabrın 1-nə xarici dövlət borcunun valyuta tərkibibelə olub: ABŞ dolları – 85,3 faiz, avro – 6,3 faiz, XBH(Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,4 faiz,yapon yeni – 3,3 faiz, digər valyutalar – 1,7 faiz.
2025-ci ilin 1 oktyabr tarixinə ölkənin strateji valyutaehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu vəAzərbaycan Respublikasının Mərkəzi Bankı) 81,5 milyard ABŞ dollarıməbləğində olmaqla xarici dövlət borcunu təqribən 16,6 dəfəüstələyir.
2025-ci ilin 1 oktyabr tarixinə dövlət büdcəsinin borca xidmətxərcləri hesabına xarici borclar üzrə 435,8 milyon ABŞ dollarıməbləğində əsas borc, 191,8 milyon ABŞ dolları məbləğində isə faizborcu ödənişləri həyata keçirilib.