AZ

Microsoft və OpenAI 500 milyard dollarlıq müqavilə imzalayıb

Microsoft və ChatGPT platformasının yaradıcısı OpenAI arasında 500 milyard dollar dəyərində yeni strateji əməkdaşlıq müqaviləsi imzalanıb.

Missiya.Az xəbər verir ki, razılaşma OpenAI-nin qeyri-kommersiya fond statusundan çıxaraq “İctimai Fayda Korporasiyası” (Public Benefit Corporation, PBC) formasında fəaliyyət göstərməsinə imkan verir.

Yeni struktur çərçivəsində Microsoft şirkəti OpenAI Qrup PBC-də 135 milyard dollarlıq paya sahib olacaq. Bu, Microsoft-un əvvəlki 13,8 milyard dollarlıq investisiyasına qarşı təxminən 10 qat gəlir deməkdir.

Müqaviləyə əsasən, OpenAI 2032-ci ilə qədər Microsoft-un Azure bulud xidmətlərindən 250 milyard dollar dəyərində resurs alacaq. Bununla belə, Microsoft OpenAI-ya prioritet xidmət hüququnu itirəcək və onun yeni avadanlıqlarına sahiblənməyəcək.

Sazişdə, OpenAI-nin süni intellektin insan səviyyəsinə (AGI) çatdığını elan etdiyi halda, bu iddianı müstəqil şura tərəfindən yoxlanılması da nəzərdə tutulub.

Ekspertlər hesab edir ki, yeni struktur OpenAI-yə daha geniş maliyyə imkanları və şəffaflıq təmin edəcək, şirkətin innovasiya sürətini artıracaq.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
35
4
missiya.az

5Mənbələr