BAKI, 29 oktyabr. TELEQRAF
“Ermənistanın Müstəqillik Bəyannaməsində müəyyən problemlər var”.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Administrasiyasının rəhbəri Araik Arutyunyan bildirib.
“Hesab edirəm ki, Müstəqillik Bəyannaməsində müəyyən problemlər var”, - o jurnalistlərə deyib.
Arutyunyan Baş nazir Nikol Paşinyanın “Müstəqillik Bəyannaməsinin məzmunu elədir ki, buna əsasən, Ermənistan Respublikası mövcud ola bilməz” fikri ilə razı olub-olmadığı sualına müsbət cavab verib.
Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Rəsmi Bakı sülh sazişinin imzalanması üçün bu yanlışın düzəldilməsini tələb edib. Gələn il Ermənistanda qəbul olunacaq yeni Konstitusiyadan bu məqamın çıxarılacağı gözlənilir.
.webp) 
                        