Missiya.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin Venesuela ilə bağlı hərəkətlərinə münasibət bildirib.
Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, o bu barədə jurnalistlərin suallarını cavablandırıb.
“Venesuela ətrafında baş verən hər şey beynəlxalq hüququn ruhuna və hərfinə uyğun baş verməlidir. Əlavə olaraq, ABŞ ilə bu məsələ barədə heç bir şəkildə müzakirə olmayıb, gündəmdə də deyil”,- Peskov deyib.
Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Trampın Latın Amerikasında narkotik kartellərini hədəfə almaq üçün ordudan istifadəyə əmr verdiyi və sahil ətrafına səkkiz gəmi, bir sualtı qayıq göndərdiyi bildirilib.
İlahə Qənbərli
Missiya.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        