ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"2026-2027-ci tədris ili üzrə lisey və gimnaziyalara şagird qəbulu elektron formada ola bilər".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev deyib.
Onun sözlərinə görə, elektron qəbul üçün infrastruktur qurulmalıdır:
"Bu istiqamətdə görülən hazırlıqları yekunlaşdıra bilsək, növbəti ildən qəbul elektron formada olacaq. Həmçinin, imtahan sualları təkmilləşdiriləcək".
Qeyd edək ki, növbəti tədris ili üzrə lisey və gimnaziyalara şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.