AZ

İsrailin Qəzzaya hava hücumları nəticəsində ölənlərin sayı 104-ə çatıb

Ajans.az Əl-Cəzirə istinadən xəbər verir ki,İsrailin Qəzza zolağına son hava hücumları nəticəsində ən azı 104 nəfər həlak olub., bir çox yaralıların həyatda qalacağına dair ciddi narahatlıqlar var, çünki Qəzzadakı xəstəxanalar tibbi ləvazimat çatışmazlığı ilə üz-üzədir. Qətər mediası bildirir ki, hava hücumları evləri, tikililəri, çadırları və evakuasiya mərkəzlərini hədəfə alıb. Bu isə bölgədə atəşkəsin pozulması fonunda qorxu, məyusluq və panika yaradıb. İsrail tərəfi hücumların səbəbini HƏMAS üzvləri tərəfindən ehtiyatda olan bir zabitin öldürülməsi ilə izah edib. Buna baxmayaraq, beynəlxalq təşkilatlar və humanitar qurumlar ölənlərin sayının artacağı barədə xəbərdarlıq edirlər. Qeyd edək ki, İsrail bundan əvvəl hava zərbələrindən sonra atəşkəsin bərpa olunduğunu elan etmişdi. Lakin son hücumlar bölgədə vəziyyətin yenidən gərginləşdiyini göstərir.

 

Seçilən
24
Ajans.az

1Mənbələr