Macarıstanın baş naziri Viktor Orban Avropada sülh və sabitliyə nail olmaq, o cümlədən Rusiya və Ukrayna ilə münasibətləri inkişaf etdirmək planını təqdim edib.
Busaat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Avropada sülh və sabitliyə baxışımız: Avropa Rusiya ilə birbaşa danışıqlar aparmalıdır – biz söz sahibi olmalıyıq. Ukrayna Aİ üzvü deyil, strateji tərəfdaş olmalıdır.
Ukraynaya mümkün qədər az maliyyə ayırın və resursları Avropada saxlayın. Hər bir ölkənin enerji seçimlərinə hörmət edin”, – hökumət başçısı beynəlxalq məsələlərlə bağlı son çıxışlarının əsas məqamlarını ümumiləşdirərək yazıb.
Orban bundan əvvəl Aİ liderlərini Ukrayna münaqişəsini həll etmək və yeni Avropa təhlükəsizlik sistemi yaratmaq üçün ABŞ-dan nümunə götürərək Rusiya ilə birbaşa danışıqlara başlamağa çağırıb.
O, həmçinin xəbərdarlıq edib ki, Macarıstan Ukraynanın tələsik Aİ-yə daxil olmasına imkan verməyəcək, ölkəyə həddindən artıq maliyyə yardımını dəstəkləməyəcək və Rusiyadan neft və qaz almağa davam etmək hüququnu müdafiə edəcək.
Yeganə