AZ

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni Aparat rəhbəri təyin edilib

Bakı. Trend:

Pasternak Yuliya Oleqovna “İçərişəhər” Dövlət Tarix-MemarlıqQoruğu İdarəsinin Aparatının rəhbəri vəzifəsinə təyin edildi.

Yuliya Pasternak Bakı şəhərində anadan olub. Ali təhsilininbakalavr dərəcəsini Bakı Dövlət Universitetində İnzibati idarəetməixtisası üzrə, magistr dərəcəsini isə Maliyyə menecmenti üzrətamamlamışdır.

Əmək fəaliyyətinə 2009-cu ildə başlamış, 11 il ərzində ölkəninbank sektorunda maliyyə və mühasibatlıq sahəsində müxtəlif rəhbərvəzifələrdə çalışaraq strateji maliyyə planlaşdırılması, büdcənəzarəti və risklərin idarə olunması üzrə dərin təcrübəqazanmışdır. 2020–2025-ci illər ərzində Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Maliyyədepartamentinə rəhbərlik etmiş, daha sonra isə “İçərişəhər” DövlətTarix-Memarlıq Qoruğu İdarəsinin Maliyyə şöbəsinin müdirivəzifəsində fəaliyyət göstərmişdir.

Yuliya Pasternak maliyyə və idarəetmə sahəsində beynəlxalqsəviyyədə tanınan ixtisasartırma proqramlarını uğurlatamamlamışdır. Beynəlxalq Maliyyə Hesabatlığı Standartları (IFRS)üzrə qabaqcıl biliklərə yiyələnmiş, vergi qanunvericiliyi və onuntətbiqi sahəsində aktual yanaşmaları mənimsəmişdir. Eyni zamanda,Almaniyada təşkilati inkişaf və innovasiya menecmenti üzrəbeynəlxalq proqramlar çərçivəsində idarəetmədə müasir metodlarıntətbiqi üzrə bilik və bacarıqlarını təkmilləşdirmişdir.

Yuliya Pasternakın çoxşaxəli idarəçilik və təcrübəsi, dövlət vəözəl sektorda həyata keçirdiyi səmərəli idarəetmə fəaliyyəti,analitik düşüncə tərzi və və strateji qərarvermə bacarığı onun buvəzifəyə təyin olunmasına zəmin yaratmışdır.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuİdarəsinin aparat rəhbəri vəzifəsini bundan öncə Fuad Xəlilov icraetmişdir. Onun İdarə Heyətinin üzvü təyin olunmasından sonra buvəzifəyə Yuliya Pasternak seçilmişdir.

Seçilən
41
10
az.trend.az

10Mənbələr