AZ

İsmayıllıda biryaşlı qız faciəli şəkildə öldü

İsmayıllı rayonunda körpə bədbəxt hadisə nəticəsində ölüb.

Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Diyallı kəndində baş verib.

Kənd sakini, 2024-cü il təvəllüdlü Səma Sənan qızı Məmmədova yaşadığı evin həyətyanı sahəsində nəzarətdən kənar qalaraq, həyətdə balıq saxlanılan gölməçəyə düşüb. O, hadisə yerində boğularaq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
40
moderator.az

1Mənbələr