AZ

Trampa Cənubi Koreyanın ən yüksək dövlət mükafatı verildi

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yaponiyadakı diplomatik görüşlərini başa vuran ABŞ Prezidenti Donald Tramp Asiya turunun üçüncü dayanacağı olan Cənubi Koreyaya gəlib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampı daşıyan təyyarə Busan şəhərindəki Gimhae Beynəlxalq Hava Limanına eniş edib. ABŞ prezidentini Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun və ABŞ səfiri Kanq Kyunq-hva qarşılayıb.

Tramp daha sonra Gyeongjuda Cənubi Koreya Prezidenti Li Ce Myung tərəfindən qarşılanıb. Gyeongju Milli Muzeyində ziyarətçi kitabını imzaladıqdan sonra Trampa Cənubi Koreyanın ən yüksək dövlət mükafatı olan Mugunqva Böyük Ordeni təqdim edilib.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
525.az

1Mənbələr