AZ

Sabah Ağdaşın bu kəndində qaz olmayacaq

BAKI, 29 oktyabr. TELEQRAF

Sabah Ağdaşın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Teleqraf xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Ağdaş rayonu Yuxarı Ləki kənd sakininə məxsus torpaq sahəsinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək cəmi 649 abonentin qaz təchizatı dayandırılacaq.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Seçilən
36
teleqraf.com

1Mənbələr