AZ

Dövlət Komitəsi 17 yaşlı gəlinin ölməsinə münasibət bildirdi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Astara rayon Dolu kənd sakini, 17 yaşlı Əfsanə İmanovanın toy günü ölməsinə münasibət bildirib.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu “Yeni Sabah”a açıqlamasında deyib ki, məsələ ətraflı şəkildə araşdırılır:

“Astarada baş vermiş erkən nikah və nəticədə azyaşlı qızın ölməsi faktı hər birimizi dərindən sarsıtdı. Bu hadisə bir daha göstərir ki, erkən evlilik insan həyatı üçün ölümcül nəticələr də doğura bilir. Hazırda məsələ aidiyyəti qurumlarla birlikdə ətraflı şəkildə araşdırılır. Dördpendirli pizza

Bir daha valideynlərə səslənirik: övladlarınızın sağlamlığı və həyatını riskə atmayın, onları erkən evliliyə cəlb etmək əvəzinə təhsil verin, gələcəklərini qurmaqlarına yardımçı olun”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
13
yenisabah.az

1Mənbələr