AZ

ABŞ və Yaponiya alyansı Çin təcavüzünün qarşısını almaqda həlledici əhəmiyyət kəsb edir - Heqset

ABŞ və Yaponiya alyansı Çin təcavüzünün qarşısını almaqda həlledici əhəmiyyət kəsb edir - Heqset

Yaponiya-ABŞ alyansı Çinin hərbi təcavüzünü dayandırmaq üçün həlledici əhəmiyyətə malikdir.

AFN.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib. Onun həmkarı, Yaponiya müdafiə naziri Cuniçiro Koyzumi isə müdafiəyə ayrılan xərclərin hədəf səviyyəsinə çatdırılmasının sürətləndirilməsi planını təsdiqləyib.

Bu bəyanatlar ABŞ prezidenti Donald Tramp ilə Yaponiya baş naziri Sanaye Takaiti arasında çərşənbə axşamı keçirilən ilk görüşdən sonra səslənib. Görüşün əsas mövzularından biri təhlükəsizlik məsələləri olub. Yaponiya Çinlə münasibətlər pisləşdikcə daha sərt hərbi mövqe tutur.

Heqset Tokioda Koyzumi ilə görüş zamanı qeyd edib: “Regional fövqəladə hallar zamanı cavab vermək və ölkəmizin təhlükəsizliyini Yaponiya ilə birgə təmin etmək üçün alyansımızı gücləndirməyə davam etməyi səbirsizliklə gözləyirik”.

Koyzumi isə bildirib: “Bu maliyyə ilində müdafiə xərclərini ÜDM-in iki faizinə çatmaq üçün tədbirlər görəcəyik – planlaşdırılandan əvvəl. Yaponiyaya yaxın bölgədə raket potensialının əhəmiyyətli dərəcədə artdığı bir şəraitdə, raket müdafiə qabiliyyətlərini davamlı şəkildə gücləndirmək vacibdir”.

Seçilən
31
afn.az

1Mənbələr