AZ

Azərbaycan banklarının biznes kredit portfeli 15,5 milyard manatı ötüb

2025-ci ilin oktyabrın 1-nə  Azərbaycanda bankların biznes kreditləri portfeli 15 milyard 544,6 milyon manat təşkil edib.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Biznes kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 136,7 milyon manat, yəni 7,9%, ötən ilin sonuna nəzərən 757,4 milyon manat, yəni 5,1%, aylıq müqayisədə isə 452,8 milyon manat, yəni 3% artıb.

Xatırladaq ki, biznes kreditləri portfeli bu ilin sentyabrın 1-nə 15 milyard 91,8 milyon manat, ötən ilin sonunda 14 milyard 787,2 milyon manat, 2024-cü ilin oktyabrın 1-nə isə 14 milyard 407,9 milyon manat təşkil edib.

Seçilən
17
fed.az

1Mənbələr