AZ

Baş Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq edib

Bakı.Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin sabiqmüdiri, hazırda həmin qurumun Rəyasət Heyəti Aparatının Sosialxidmətlər şöbəsinin müdiri Məmmədov Elton Arzuman oğlunun Başprokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəistintaq edilən cinayət işi üzrə açıqlaması yayılıb.

Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Elton Məmmədov açıqlamasında istintaq orqanınaçağırılmadığını, hər hansı qanun pozuntusuna yol vermədiyini qeydedib və bu məzmunda mediada yayılan məlumatları yalanadlandırıb.

Bildirilir ki, AMEA-da baş verən qanunsuzluqlar barədə BaşProkuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində CinayətMəcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israfetmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifəsəlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidaiistintaqı davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcəvəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr müəyyənedilib.

İstintaq tədbirləri nəticəsində əsassız olaraq xərclənmiş 3milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən tam şəkildədövlət büdcəsinə ödənilməsi təmin edilib.

Bununla yanaşı, mediada həqiqətə uyğun olmayan və cəmiyyətdəçaşqınlıq yaradan açıqlamalar yaydığına, həmçinin ibtidaiistintaqın obyektivliyinə və ictimai etimada xələl gətirə biləcəkhərəkətlərə görə Elton Məmmədov Baş Prokurorluğa dəvət olunub, onaqanunvericiliyin tələbləri izah edilməklə rəsmi xəbərdarlıqedilib.

Seçilən
23
48
az.trend.az

10Mənbələr